“Qəbələ” iki gənc futbolçu ilə müqaviləni uzatdı
Bakı, 5 avqust, Tsport.az
“Qəbələ” PFK 19 yaşlı futbolçuları Qədir Ramazanov və Elnur Mustafayevlə yeni müqavilə imzalayıb.
Tsport.az xəbər verir ki, lubun mətbuat xidmətinin yaydığı məlumata görə, yarımmüdafiəçi və müdafiəçi ilə bağlanan müqavilələr 3 illik müddəti əhatə edir.
Əylət təmsilçisi yay transfer dönəmində heyətini gücləndirmək məqsədilə Prins Ovusu (“Qəbələ” U-19), İsaak Amoah (“Atletiko Sanlukenyo”, İspaniya), Paulo Quimbila (“Əl-Əhli”, Bəhreyn), Adriel Ba Loua (“Kan”, Fransa) və Eduardo Kundeni (“Persis”, İndoneziya) ilə anlaşma əldə edib.
Klub eyni zamanda Emil Süleymanov (“Şamaxı”, icarə), Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçin, Elvin Yunuszadə, Sənan Ağalarov və Urfan İsmayılovla yollarını ayırıb.