Digər

Qadın boksçularımız Kastamonuda Türkiyə millisi ilə hazırlıq keçəcək

Bakı, 18 oktyabr, Tsport.az

Qadın boksçulardan ibarət Azərbaycan milli komandası Türkiyəyə yollanıb. Yığmamız oktyabrın 18-dən 27-dək Kastamonuda təlim-məşq toplanışında olacaq.

Tsport.az xəbər verir ki, məşqçilər korpusu hazırlığa Lalə Mədətova (48 kq), Zeynəb Rəhimova (51 kq), Nərgiz Zeynalova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyevanı (65 kq) cəlb ediblər.

Türkiyə millisi ilə birgə təşkil olunacaq toplanış VI İslam Həmrəyliyi Oyunları və U-23 Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Hazırlıq çərçivəsində sınaq döyüşləri də keçiriləcək.