Qana DÇ-2026-ya vəsiqə qazanıb
Bakı, 13 oktyabr, Tsport.az
Qananın milli komandası 2026-cı il dünya çempionatının final mərhələsinə yüksəlib.
Tsport.az xəbər verir ki, Otto Addonun rəhbərlik etdiyi komanda seçmə mərhələnin son turunda Komor adalarına 1:0 hesabı ilə qalib gələrək qrup liderliyini təmin edib.
Dünya çempionatı 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək.