“Qara dəniz derbisi”ndə “Trabzonspor” və “Samsunspor” qarşılaşacaq
Bakı, 30 avqust , Tsport.az
Trendyol Super Liqasının 4-cü həftəsində “Qara dəniz derbisi” keçiriləcək. Papara Parkda baş tutacaq matçda “Trabzonspor” və “Samsunspor” üz-üzə gələcək.
Tsport.az xəbər verir ki, yerli vaxtla saat 21:30-da start götürəcək oyunu Adnan Dəniz Kayatepe idarə edəcək.
Mövsümə uğurlu başlayan “Trabzonspor” ardıcıl dördüncü qələbəsini qazanmağı hədəfləyir. Komanda bu matça zədə səbəbindən heyətdən kənarlaşdırılan Anthony Nwakaeme olmadan çıxacaq.
“Samsunspor” isə liqaya “Gençlerbirliği” və “Kocaelispor” üzərində qələbə ilə başlayıb. Komanda “Trabzonspor”la matçdan da qələbə ilə ayrılmaq istəyir. Yeni transfer Afonso Sousanın bu oyunda oynaması gözlənilir. Qeyd edək ki, “Samsunspor”un liqanın 3-cü həftəsində “Kasımpaşa” ilə matçı UEFA Avropa Liqası play-off yarışları səbəbindən təxirə salınmışdı.