Azərbaycan Futbolu

Qarabağ – Araz Naxçıvan: Favorit kimdir?

Bakı, 22 aprel, Tsport.az

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları sabah keçiriləcək.

Tsport.az xəbər verir ki, “Qarabağ ” öz meydanında “Araz Naxçıvan”ı qəbul edəcək.

Ağdam təmsilçisi bu oyunda açıq favoritdir. Köhlən atların qələbəsinə 1.28, məğlubiyyətinə isə 9.3 əmsal verilərkən, matçın heç-heçə bitmə ehtimalı 5.15 olaraq qiymətləndirilir.

Görüş sabah, saat 17:00-da start götürəcək.