Digər

Qarabağ atları Türkiyədə çövkəni dirçəldəcək

Bakı, 3 oktyabr, Tsport.az

Ağcabədi şəhərində yerləşən Qarabağ Atçılıq Kompleksindən beş Qarabağ atı Türkiyənin Sivas şəhərinə göndərilməsi üçün seçilib. Burada ölkənin ilk ixtisaslaşmış çövkən kompleksi inşa olunub.

Tsport.az xəbər verir ki, bu barədə Azərbaycan¬da keçirilən III MDB Oyunları ilə əlaqədar səfərdə olan Türkiyə Çövkən Federasiyasının prezidenti Fatih Keşe məlumat verib.

Xatırladaq ki, çövkən yarışları Şəki şəhər stadionunda keçirilir. Türkiyə yığması qrup mərhələsini üçüncü pillədə başa vuraraq turnirdə çıxışını yekunlaşdırdı. Azərbaycan milli komandası isə inamlı iki qələbə qazanaraq yarımfinala yüksəlib və medal uğrunda mübarizəsini davam etdirir.

Jurnalistlərə açıqlamasında Fatih Keşe bildirib ki, Türkiyə bu qədim oyunun dirçəldilməsinə böyük önəm verir və Azərbaycanın dəstəyi ilə bu idman növünün birgə inkişafı istiqamətində fəal iş aparır.