“Qarabağ” Avstriyada hazırlıqlara başladı
Bakı, 2 iyul , Tsport.az
Azərbaycan çempionu “Qarabağ” yay təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyanın Kaprun bölgəsinə yollanıb.
Tsport.az xəbər verir ki, klub burada 4 yoxlama oyunu keçirəcək.
Yoxlama oyunlarının təqvimi:
- İyulun 7-si: “Metallist” (Xarkov) – saat 17:30 (Bakı vaxtı ilə 19:30)
- İyulun 11-i: “Tvente” (iki oyun) – saat 15:00 və 17:15 (Bakı vaxtı ilə 17:00 və 19:15)
- İyulun 15-i: “Zalsburq” – saat 18:00 (Bakı vaxtı ilə 20:00)
Bütün qarşılaşmalar Kaprun stadionunda baş tutacaq. Toplanış iyulun 16-da başa çatacaq.