“Qarabağ” Çempionlar Liqasındakı rəqibi bəlli oldu
Bakı, 17 iyul, Tsport.az
Ağdam təmsilçisi “Qarabağ” 2025/26 mövsümündə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiyanın “Shelbourne” klubu ilə qarşılaşacaq.
Tsport.az xəbər verir ki, baş tutan cavab görüşündə “Linfield” (Şimali İrlandiya) öz meydanında “Shelbourne” ilə 1:1 hesablı heç-heçə edib. İlk oyunda 1:0 qələbə qazanan İrlandiya klubu ümumi nəticəyə görə mərhələni keçərək “Qarabağ”a rəqib olub. Qarşılaşma Windsor Park stadionunda oynanılıb.
“Qarabağ” ilk görüşünü 23 iyulda səfərdə, cavab matçını isə 30 iyulda Bakıda keçirəcək.