Azərbaycan Futbolu

“Qarabağ” çempionluğu mükafatlandırma ilə qeyd edəcək baxış

Bakı, 18 may, Tsport.az

Bu gün Misli Premyer Liqasının XXXV turu çərçivəsində iki qarşılaşma baş tutacaq.

Tsport.az xəbər verir ki,saat 17:00-da “Neftçi Arena”da “Neftçi” ilə “Səbail” üz-üzə gələcək. Turnir cədvəlindəki mövqelərə bu oyunun nəticəsi təsir etməyəcək – “Neftçi” 40 xalla altıncı, “Səbail” isə 22 xalla sonuncu – onuncu yerdə qərarlaşıb.

Turun mərkəzi görüşü saat 19:00-da “Azərsun Arena”da keçiriləcək. Artıq ölkə çempionu adını qazanan “Qarabağ” doğma meydanda “Kəpəz”i qəbul edəcək. Bu qarşılaşmanın ardından Ağdam klubunun çempionluq mükafatlandırma mərasimi baş tutacaq.

Qeyd edək ki, dünən keçirilən oyunlarda:

“Turan Tovuz” səfərdə “Sumqayıt”ı 1:0,

“Araz-Naxçıvan” isə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib.

“Zirə” – “Sabah” görüşü 1:1 hesablı bərabərliklə yekunlaşıb.