“Qarabağ” Dani Boltu transfer etdi
Bakı, 17 iyun , Tsport.az
“Qarabağ” heyətini yeni transferlə gücləndirib. Ağdam klubu Braziliyalı futbolçu Dani Bolt ilə 3+1 illik müqavilə imzalayıb.
Tsport.az xəbər verir ki, 25 yaşlı sağ cinah müdafiəçisi Portuqaliyanın “Torreense” klubundan transfer olunub. Bolt ötən mövsümdə 36 oyuna çıxaraq 2 qol vurub və 3 məhsuldar ötürmə edib. O, komandada 18 nömrəli forma ilə çıxış edəcək.
Bu, “Qarabağ”ın 2025/26 mövsümü üçün ilk transferidir. Dani Bolt daha əvvəl Braziliyada “Fluminense”, “Athletico Paranaense”, “Vitória” və “Juventude” klublarında çıxış edib.
Ağdam təmsilçisi heyətini gücləndirmək məqsədilə transfer fəaliyyətini davam etdirir.