Azərbaycan FutboluDünya Futbolu

“Qarabağ” – “Ferencváros” matçına böyük maraq

Bakı, 23 avqust, Tsport.az

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın Macarıstan təmsilçisi “Ferencváros” ilə cavab matçına satılan biletlərin sayı açıqlanıb.

Tsport.az xəbər verir ki, hazırda matça 30 minə yaxın bilet satılıb və yaxın zamanda bütün biletlərin satılıb qurtarması gözlənilir.

Qarşılaşma üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat, VVIP C və VVIP D sektorlarının biletləri isə 300 manatdır.

Xatırladaq ki, “Qarabağ” – “Ferencváros” matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq. Komandalar arasında Budapeştdə keçirilən ilk oyunda “Qarabağ” 3:1 hesabı ilə qələbə qazanıb.