Azərbaycan Futbolu

“Qarabağ” finala vəsiqə qazandı!

Bakı, 23 aprel, Tsport.az

Azərbaycan Kubokunun 1/2 finalının cavab matçında “Qarabağ” evdə “Araz-Naxçıvan“ı qəbul edib. 

Tsport.az xəbər verir ki ,”Araz-Naxçıvan” ilk matçda 1-0 üstünlük qazansa da, üstünlüyünü qoruya bilmədi. İlk hissə qolsuz başa çatıb. İkinci hissədə Ağdam təmsilçisi 65-ci dəqiqədə Yasin Benzianın qolu ilə hesabda irəli keçib:1-0 (1-1) 70-ci dəqiqədə “Qarabağ” 21 yaşlı hücümçusu Nəriman Axundzadə komandasını hesabda irəli keçirib: 2-0 (2-1). 77-ci dəqiqədə “Araz-Naxçıvan”ın qapısına əllə oyuna görə penalti təyin edildi. Toral Bayramov 11 metrlik zəribədən yararlanaraq hesabda fərqi artırdı: 3-0 (3-1). 3-0 başa çatan matçda “Qarabağ” ümumi hesabda 3-1 edərək adını Azərbaycan Kubokunun finalına yazdırdı. 

Azərbaycan Kubokunun digər finalçısı saat 20:00-da Bank Respublika Arenada baş tutacaq “Sabah” – “Neftçi” matçında bəlli olacaq. Qeyd edək ki, masazır təmailçisi ilk matçda 2-1 üstünlük qazanıb.