Azərbaycan Futbolu

“Qarabağ” “Kəpəz” üzərində qələbə qazandı

Bakı, 4 oktyabr, Tsport.az

Misli Premyer Liqasının VII turu çərçivəsində “Qarabağ” doğma meydanda “Kəpəz”i məğlub edib.

Tsport.az xəbər verir ki,“Azersun Arena”da baş tutan görüşdə Qurban Qurbanovun komandası 1:0 hesabı ilə qalib gəlib. Oyunun yeganə qolunu 37-ci dəqiqədə Samy Mmae vurub.

Bu nəticə ilə “köhlən atlar” bir oyun az keçirməsinə baxmayaraq, 13 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Yeddi oyunun hamısında məğlub olan “Kəpəz” isə sonuncu – 12-ci yerdədir.

Günün digər qarşılaşmasında “Turan Tovuz” səfərdə “Sumqayıt”la qarşılaşacaq. VII tura oktyabrın 5-də yekun vurulacaq. Ötən gün keçirilən oyunlarda “Araz-Naxçıvan” “İmişli”ni 2:0 hesabı ilə məğlub edib, “Zirə” və “Neftçi” isə 2:2 hesablı bərabərliklə kifayətlənib.