Qarabağ – Neftçi derbisinə bilet satışında canlanma
Bakı, 19 aprel, Tsport.az
XXXI turun mərkəzi oyunu çərçivəsində lider Qarabağ FK, ənənəvi rəqibi Neftçi PFK-ni qəbul edəcək.
Tsport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da start götürəcək. Klubun yaydığı rəsmi məlumata əsasən, qarşılaşmaya indiyədək 5300 bilet satılıb.
Azarkeşlər bilet əldə etmək üçün iTicket.az platformasından onlayn şəkildə və ya stadionun kassalarından yararlana bilərlər. Matç günü stadionun qapıları azarkeşlərin üzünə qarşılaşmanın başlanmasına iki saat qalmış açılacaq.
Xatırladaq ki, bu komandalar arasında keçirilən son duel Neftçi Arena-da oynanılıb və həmin qarşılaşmanı 9355 tamaşaçı izləyib.
Hazırda turnir cədvəlində Qarabağ 73 xalla birinci, Neftçi isə 35 xalla altıncı pillədə qərarlaşıb.