“Qarabağ” – “Neftçi” oyunu Zəfər Günü ərəfəsində keçiriləcək
Bakı, 19 avqust, Tsport.az
Azərbaycan Premyer Liqasında cari mövsümdə ilk Azərbaycan derbisinin hansı turda keçiriləcəyi müəyyənləşib.
Tsport.az xəbər verir ki, “Qarabağ” – “Neftçi” matçı XI tura təsadüf edəcək. Bu turun görüşləri noyabrın 7-9-u aralığında keçiriləcək. Xatırladaq ki, 8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.