Azərbaycan Futbolu

“Qarabağ” Premyer Liqada ilk qələbəsini qazandı

Bakı, 31 avqust  , Tsport.az

Misli Premyer Liqasının III turunda “Qarabağ” “Karvan-Yevlax“a qalib gəlib.

Tsport.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matçda Azərbaycan çempionu 2:0 hesablı qələbə qazanıb.

Matçda hesab 11-ci dəqiqədə açılıb. Elvin Yunuszadə topu öz qapısından keçirib. 72-ci dəqiqədə Emmanuel Addai yekun nəticəni müəyyənləşdirib.

Cari mövsümdə ilk qalibiyyətini əldə edən Ağdam təmsilçisinin hesabında 3 xal var. Yevlax kollektivi isə 4 xalda qalıb.

Qeyd edək ki, III turun daha əvvəl baş tutan görüşlərində “Turan Tovuz” “Neftçi”ni (1:0), “Zirə” “Kəpəz”i (5:0), “Araz-Naxçıvan” “Qəbələ”ni (2:1) məğlub edib. “Sumqayıt” – “Şamaxı” görüşündə isə qalib müəyyənləşməyib – 1:1.