Azərbaycan Futbolu

“Qarabağ” qələbə qazandı!

Bakı, 18 may , Tsport.az

Misli Premyer LiqasınınXXXV turunda ” Qarabağ doğma meydanda “Kəpəzi qəbul edib. 

Tsport.az xəbər verir ki ,Rəvan Həmzəzadənnin idarə etdiyi matç ev sahiblərinin qələbəsi ilə başa çatıb. “Qarabağ” matçda 31-ci dəqiqədə Leandro Andradenin qolu ilə hesabı açıb:1-0. İlk hissə 1-0 başa çatıb. 72-cı dəqiqədə Ağdamlıların ukraynalı futbolçusu Aleksey Kaşuk hesabda fərqi 2-yə qaldırıb: 2-0.  İkinci hissədə  ev sahibləri yenidən fərqlənib. 80-ci dəqiqədə Musa Qurbanlı hesabda fərqi bir daha artırdı: 3-0. Matç 3-0 başa çatdı. Bu nəticə ilə birlikdə “Qarabağ” 86 xalla turnir cədvəlində liderdir. “Kəpəz” 32 xalla 9-dur. 

Beləliklə Misli Premyer Liqasının XXXV turuna yekun vuruldu.