“Qarabağ” “Shelbourne” qarşısına ciddi itki ilə çıxır
Bakı, 23 iyul , Tsport.az
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün İrlandiyanın Dublin şəhərində “Shelbourne” klubu ilə qarşılaşacaq “Qarabağ” vacib itki ilə üzləşib.
Tsport.az xəbər verir ki, komandanın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç zədə səbəbindən səfər matçına aparılmayıb.
Qeyd edək ki, “Shelbourne” – “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə saat 22:45-də “Tolka Park”da başlayacaq.