“Qarabağ” – “Shelbourne” matçının tarixləri bəlli oldu
Bakı, 17 iyul, Tsport.az
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ“, İrlandiyanın “Shelbourne” klubu ilə qarşılaşacaq.
Tsport.az xəbər verir ki, UEFA-nın rəsmi saytında yer alan məlumata görə, bu cütlük arasında matçların dəqiq tarixləri artıq açıqlanıb.
İlk oyun
Yer: Dublin, İrlandiya
Tarix: 23 iyul
Başlama vaxtı: 22:45 (Bakı vaxtı)
Cavab qarşılaşması
Yer: Tofiq Bəhramov adına Respublika stadionu, Bakı
Tarix: 30 iyul
Başlama vaxtı: 20:00
“Shelbourne” ötən mərhələdə Şimali İrlandiyanın “Linfield” komandasını iki oyunun nəticəsinə görə (1:0, 1:1) ümumi hesabla keçərək “Qarabağ”in rəqibi olub.