Azərbaycan Futbolu

“Qarabağ” – “Shkëndija” matçının start heyətləri açıqlanıb

Bakı, 12 avqust, Tsport.az

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün Bakıda keçiriləcək “Qarabağ” – “Shkëndija” cavab qarşılaşmasının start heyətləri müəyyənləşib.

Tsport.az xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək.

“Qarabağ”ın start heyəti:
99. Mateusz Kochalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 20. Kady Borges, 35. Pedro Baquero, 8. Marko Janković, 10. Abdellah Zoubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov

“Shkëndija”nın start heyəti:
24. Baboucarr Gaye, 2. Aleksandar Trumçi, 5. Klisman Çeçe, 15. Imran Feta, 11. Ronaldo Webster, 4. Reshat Ramadani, 28. Kamer Kaka, 29. Fabrice Tambwe, 17. Arbin Zejnulai, 77. Liridon Latifi, 7. Besart Ibraimi
Baş məşqçi: Jeton Beqiri

Qeyd edək ki, komandalar arasında Şimali Makedoniyada keçirilən ilk qarşılaşmada “Qarabağ” 1:0 hesablı qələbə qazanmışdı.