Azərbaycan FutboluDünya Futbolu

“Qarabağ” – “Shkëndija” oyununa 25 min bilet satılıb

Bakı, 12 avqust, Tsport.az

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Shkëndija” qarşılaşmasına 25 min bilet satılıb.

Tsport.az xəbər verir ki, matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manatdır. VVIP C və VVIP D sektorları üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manat təşkil edir. Bu biletləri alan azarkeşlər VIP Lounge imkanlarından istifadə edə biləcəklər.

Qarşılaşma bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. “Qarabağ” səfərdə oynanılan ilk matçda “Shkëndija” üzərində 1:0 hesablı qələbə qazanıb.