Azərbaycan Futbolu

“Qarabağ” “Sumqayıt”a, “Neftçi” “İmişli”yə qarşı

Bakı, 22 avqust  , Tsport.az

Azərbaycan Premyer Liqasında bu gün II turun oyunlarına start veriləcək.

Tsport.az xəbər verir ki, günün ilk matçında “Neftçi” “İmişli“nin qonağı olacaq.

Şamaxı şəhər stadionunda keçiriləcək oyunun start fiti saat 17:00-da səslənəcək.

Günün “Azərsun Arena”da keçirilən və saat 19:30-da başlaynacaq görüşündə isə ölkə çempionu “Qarabağ” “Sumqayıt“ı sınağa çəkəcək. 

Azərbaycan Premyer Liqası

1-ci dövrə, II tur

22 avqust

17:00. “İmişli” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı şəhər stadionu

19:30. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Nicat İsmayıllı.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Azərsun Arena”

Turun digər qarşılaşmaları avqustun 23, 24 və 25-də keçiriləcək.