“Qarabağ” Tovuzda qələbə qazandı
Bu gün Misli Premyer Liqasının XXVIII turunun ilk matçında “Turan-Tovuz” doğma meydanda “Qarabağ“ı qəbul edib.
Tsport.az xəbər verir ki, Cavid Cəlilovun idarə etdiyi matçda qonaqlar qələbə qazanıb. Matça erkən başlayan “Turan-Tovuz” 6-cı dəqiqədə hesabı açsa da, qol əllə oyuna görə ləğv edilib. 16-cı dəqiqədə əllə oyuna görə Tovuzluların qapısına penalti təyin edilir, Kady Borges hesabı açır:0-1.
30-cu dəqiqədə Alex Souza standart vəziyyətdən istifadə edərək hesabı bərabərləşdirir. 32-ci dəqiqədə Nəriman Axundzadə hesabda fərqi artırır:1-2. 84-cü dəqiqəsində Kady Borges topu qapıdan keçirərək hesabda fərqi 2-yə qaldırır:1-3.Matçda son zərbəni 90+1-ci dəqiqədə Aleksey Kaşuk vurur. 1-4.
Beləliklə “Qarabağ”ın Misli Premyer Liqasında məğlub etmədiyi komanda qalmır.