Azərbaycan Futbolu

“Qarabağ” Xankəndidə

Bakı, 25 iyun , Tsport.az 

Qarabağ” komandası Qarabağa səfərinin ilk dayanacağı olaraq Şuşa şəhərində yerləşən 1 nömrəli tam orta məktəbi ziyarət edib. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov, futbolçular və klub rəsmiləri burada şagirdlərlə görüşərək xatirə şəkilləri çəkdiriblər. Tədbirin sonunda məktəbin rəhbərliyi “Qarabağ”a, klub nümayəndələri isə məktəbə xatirə hədiyyələri təqdim ediblər.

Tsport.az xəbər verir ki, görüşdən sonra komanda üzvləri Xankəndiyə yollanaraq Qarabağ Universitetinin kollektivi ilə tanış olublar. Universitetin rektoru Şahin Bayramov burada yaradılan tədris və infrastruktur şəraiti barədə geniş məlumat verib və tələbələrin uğurlu gələcəyi üçün görülən işlərdən danışıb.

Klub rəhbərliyi bu cür maarifləndirici səfərlərin komandada birlik və vətənpərvərlik ruhunu daha da gücləndirdiyini vurğulayır.