“Qarabağ”dan əzici qələbə
Bakı, 19 aprel, Tsport.az
Misli Premyer Liqasının XXXI turunda “Qarabağ” evdə “Neftçi”ni qəbul edib.
Tsport.az xəbər verir ki , Ağdam klubu evdə qələbə qazanaraq, çempionluğu erkən elan etməyə yaxındır. Matçda hesabı 21-ci dəqiqədə Abdullah Zoubir açıb: 1-0. 39-cu dəqiqədə Yassin Benzia penaltidən vurduğu qolla hesabda fərqi 2-yə qaldırıb: 2-0. 41-ci dəqiqədə milli futbolçumuz Nəriman Axundzadə hesabda fərqi 3-ə qaldırdı: 3-0. İlk hissə meydan sahiblərinin aşkar üstünüyü ilə başa çatdı. Elçin Məsiyevin idarə etdiyi matçda ikinci hissə qolsuz başa çatıb. Bu nəticədən sonra köhlən atlar turnir cədvəlində 79 xalla liderdir. “Neftçi” 35 xalla 6-cı sırada qərarlaşıb. Qeyd edək ki, Misli Premyer Liqasının XXXI turuna sabah keçiriləcək 2 matçla yekun vurulacaq.