Azərbaycan Futbolu

“Qarabağ”dan əzici qələbə

Bakı, 11 aprel, Tsport.az

Bu gün Misli Premyer Liqasının XXX turuna start verilib.

Tsport.az xəbər verir ki, “Səbail” doğma meydanda “Qarabağ”ı qəbul edib.

Turun açılış matçında hakim Tural Qurbanov idarə etdiyi matçda hesabı 17-ci dəqiqədə Abdullah Zoubir açıb. 19, 52, 65-ci dəqiqədə Leandro Andrade hat-trick edərək hesabı 0-4 edib. Dənizçilərin yeganə qolunu 72-ci dəqiqədə Qomis vurub.
Qeyd edək ki, “Qarabağ” turnir cədvəlində 73 xalla lider, “Səbail” 23 xalla sonuncudur.