Azərbaycan Futbolu

“Qarabağ”dan 12-ci çempionluq

Bakı, 27 aprel, Tsport.az

Misli Premyer Liqasının XXXII turunda “Sabah“ evdə ” Qarabağ”ı qəbul edib. 

Tsport.az xəbər verir ki , Tural Qurbanovun idarə etdiyi matçda hesabı 42-ci dəqiqədə Redon Cica penaltidən vurduğu qolla açıb. İlk hissə Ağdam təmsilçisinin 0-1 üstünlüyü ilə başa çatıb. İkinci hissədə Masazır təmsilçisi 73-cü dəqiqədə Bojan Leticin vurduğu qolla hesabı bərabərləşdirib. Matç 1-1 başa çatıb. 

Beləliklə “Qarabağ” 77 xalla çempionluğunu elan etdi.