“Qarabağ”dan Çempionlar Liqasında ardıcıl ikinci qələbə!
Bakı, 2 oktyabr, Tsport.az
UEFA Çempionlar Liqasının Liqa yolunda mübarizə aparan “Qarabağ” ikinci oyununa çıxıb. Tofiq Bəhramov adına Respublika Stadionunda “Kopenhagen”i (Danimarka) qəbul edən “köhlən atlar” rəqibini quru hesabla məğlub edib – 2:0.
Tsport.az xəbər verir ki, Ağdamlıların heyətində qolların müəllifləri Abdulla Zubir və Emmanuel Addai olublar.
Qeyd edək ki, Qurban Qurbanovun komandası Liqa yolunda növbəti görüşünü 22 oktyabr tarixində səfərdə “Atletik”ə (İspaniya) qarşı keçirəcək.