Azərbaycan Futbolu

“Qarabağ”dan daha bir qələbə 

Bakı, 11 may , Tsport.az

 Misli Premyer Liqasının XXIV turunda” Qarabağ evdə Araz-Naxçıvan” ı qəbul edib. Matç 2-0 başa çatıb. 

Tsport.az xəbər verir ki , Azərsun Arenada baş tutan matç 20:00-da start götürüb. 23-cü dəqiqədə Leandro Andrade zədələnərək meydanı tərk edib. Onu 9 nömrəli oyunçu Kady Borges əvəz edib. Oyunda hesabı 35-ci dəqiqədə Musa Qurbanlı açıb:1-0. İlk hissə ev sahiblərinin 1-0-lıq üstünlüyü ilə başa çatıb. İkinci hissədə Ağdam klubu Aleksey Kaşukun 59-cu dəqiqədə vurduğu qolla hesabda fərqi 2-yə qaldırıb:2-0. Əliyar Ağayevin idarə etdiyi matç “köhlən atlılar”ın 2-0 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə Premyer Liqanın XXIV turuna yekun vuruldu. “Qarabağ” 83 xalla liderdir. “Araz-Naxçıvan” 58 xalla 3-cü yerdədir. 

Qeyd edək ki, 10-cu sırada olan “Səbail” “Zirə” 0-1 hesabla məğlub olaraq, liqadan düşdü. Gələn mövsüm çıxışına 1-ci liqada davam edəcək.