“Qarabağ”dan möhtəşəm start “Shelborne”səfərində böyük fərqlə qələbə!
Bakı, 23 iyul , Tsport.az
Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Shelborne”(İrlandiya) – “Qarabağ ” matçı Dublindəki “Tolka Park” stadionunda start götürüb.
Tsport.az xəbər verir ki,oyunda Ağdam klubu hesabı açıb.
Qarşılaşmanın 13-cü dəqiqəsində Leandro Andrade fərqlənib – 0:1.
Görüşdə oyunun 82-ci dəqiqəsində Ağdam klubunda Kaşuk hesab arasındakı fərqi iki topa yüksəldib – 0:2
Qarşılaşmanın 86-cı dəqiqəsində isə Nəriman Axundzadə hesab arasındakı fərqi üç topa yüksəldib – 0:3.
Matç “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb.0:3
“Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə İrlandiya təmsilçisi “Shelborne”a böyük hesabla qalib gəlib!
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda Tofiq Bəhramov adına stadionda keçiriləcək.
Aytac Mustafayeva