Azərbaycan FutboluMüsahibə

“Qarabağ”ı çempionluqdan etmək fikrimiz yoxdur” – Ceyhun Nuriyev

Bakı, 14 aprel, Tsport.az

Misli Premyer Liqasının XXX turunda “Zirə” səfərdə “Neftçi“ni 2-4 məğlub edib.

Tsport.az xəbər verir ki, oyundan sonra “Zirə”nin üzvü Ceyhun Nuriyev oyundan sonra fikirlərini bölüşüb, suallarımızı cavablandırıb.

“Oyuna pis başladıq. Aktiv başlamadıq. “Neftçi” daha yaxşı başladı. Çox səhvlər elədik. Öz yarımmeydançamızda çox səhvlər etdik. Top itkilərimiz çox oldu. Ona görə qol buraxdıq. 2-0-dan sonra komanda özünə gəlməyə başladı. İkinci hissədə oyunu tam nəzarətimizə götürdük. Layiqli qələbə qazandıq”.

-Sən ikinci hissədə meydana daxil oldun. Baş məşqçi nələr tapşırmışdı?

-Orta xəttə daxil oldum. Mərkəzdə dinamikliyi, hava topları götürməyi və hücumda aktiv iştrak tapşılırdı. Düşünürəm ümumi olaraq alındı. Qolundan sonra düşündün ki, artıq oyunun taleyi həll olub. Düşünmədim. Bu bizi rahatlatdı. 2 top fərqi yarandı. Amma oyundan qopmadıq. Son saniyəyə kimi mübarizə apardıq. Hesab 0-0 kimi oynayırdıq. Elə oynamasaq əgər, qələbəni əldən verə bilərdik.

-“Sumqayıt”la oyundan gözləntiləriniz nələrdir?

-Xal itirmək olmaz. Çətin bir perioda giririk. 6 tur xalıb. Hər xal itkisi bizə ağır başa gələ bilər. Bu oyunlara necə qələbə üçün çıxırıqsa, həmin oyunlara da eyni şəkildə çıxmalıyıq.

– “Araz-Naxçıvan” xal itirmişdi. Bu sizə motivasiya verdi?

-Bəli, biz oyuna çıxanda, bilirdik ki, Araz xal itirib. Bu bizə ikiqat motivasiya oldu. Udsaq, fərqin 6 xala çıxacağını bilirdik.

-Mövsümün bitməsinə hələ var. Amma deyə bilərik “Zirə”ən azından gümüş medalı təmin edib?

-Məncə hələ demək olmaz. Çünki, hələ 6 tur var. 6 xal o qədər də böyük fərq deyil. Sonda hələ “Araz-Naxçıvan”la oyunumuz var. Amma keçən ilkindən daha yaı vəziyyət var. Keçən mövsum xallar daha yaxın idi. Amma rahat olmaq lazım deyil.

-Düşünmək olar ki, Avroliqa baxımıdan kubokda ” Qarabağ”ı dəstəkləyəcəksiniz?

-Bəli, real danışmaq lazımdırsa,”Qarabağ”a azarkeşlik edəcəyik. Çünki, bizim Avroliqa yolumuz “Qarabağ”ın çempionluğumuzdan keçir. Kuboku götürsələr, biz Avropa Liqasına gedə bilərik.

-Bu oyunda məğlub olmağınız gələn turda “Qarabağ”ın çempionluğu elan etməsi ilə nəticələnə bilərdi. Bu sizin üçün əlavə təzyiq yaradırdımı?

-Açığı belə bir şey olduğunu sizdən eşitdim. Real olmaq lazımdırsa, bizim “Qarabağ”ı çempionluqdan etmək fikrimiz yoxdur. O zaman gələn tur “Qarabağ” çempionluğu elan edə bilər.

-“Sabah”da ehtiyyatda qalırdın, amma “Zirə”də daimi forma geyinmək şansı tapmısan. Karyeranla bağlı düzgün qərar verdiyini düşünürsən?

Düzgün addım atdığımı düşünürəm. Çünki, daha çox oynamağa başladım. Məşqçi daha çox güvənir mənə. “Zirə”də oynamağa başlayandan sonra daimi milli komandaya da dəvət almağa da başlamışam. Məncə düzgün qərar vermişəm.

Bahar Rüstəm