“Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri bəlli oldu
Bakı, 21 iyul , Tsport.az
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkatmada “Qarabağ“ın potensial rəqibləri də müəyyənləşib.
Tsport.az xəbər verir ki, Ağdam klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya təmsilçisi “Şelburn”a uduzacağı təqdirdə UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan) cütünün məğlubu ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları avqustun 7-si, cavab görüşləri isə avqustun 14-ü keçiriləcək.