“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu
Bakı, 18 iyun , Tsport.az
Bu gün UEFA Çempionlar Liqasının 2025/26 mövsümünə start verən 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Azərbaycanın yeganə təmsilçisi “Qarabağ“ın da rəqibi müəyyənləşib.
Tsport.az xəbər verir ki, Ağdam klubu bu mərhələdə İrlandiyanın “Şelburn” və Şimali İrlandiyanın “Linfild” komandaları arasında keçiriləcək qarşılaşmanın qalibi ilə üz-üzə gələcək. Azərbaycan çempionu ilk oyunu səfərdə, cavab matçını isə doğma azarkeşləri qarşısında keçirəcək.
Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin oyunları 22/23 və 29/30 iyul tarixlərində baş tutacaq