“Qarabağ”ın ÇL-dəki rəqibi bu axşam bəlli olur
Bakı, 16 iyul, Tsport.az
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində iştirak edəcək “Qarabağ” bu gün bəlli olur.
Tsport.az xəbər verir ki, birinci təsnifat mərhələsinin cavab qarşılaşmasında Şimali İrlandiyanın “Linfield” klubu doğma meydanda İrlandiya təmsilçisi “Shelbourne”u qəbul edəcək. “Vindors Park”da baş tutacaq matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
İlk oyunda “Shelbourne” rəqibini minimal – 1:0 hesabı ilə məğlub edib və bu nəticə onları növbəti mərhələyə bir addım yaxınlaşdırır. Qarşılaşmanın qalibi ikinci təsnifat mərhələsində Ağdam təmsilçisinin rəqibi olacaq.
Xatırladaq ki, bu mərhələnin ilk oyunları 22-23 iyulda, cavab görüşləri isə 29-30 iyul tarixlərində keçiriləcək.