Azərbaycan Futbolu

“Qarabağ”ın da haqqını vermək lazımdır” – Kurban Berdiyev

Bakı, 17 oktyabr, Tsport.az

“Turan-Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan danışıb.

Tsport.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyəti belə şərh edib:

“Hər iki komanda yaxşı oynadı. Təəssüf ki, iki qol buraxdıq. “Qarabağ” çox yaxşı komandadır və onlara Çempionlar Liqasında uğurlar arzu edirəm.

Əvəzetmələr “Qarabağ”ın oyununu çox dəyişdi, gücləndirdi. Biz də ikinci hissədə hesabı qorumaq istədik. Lakin bu, alınmadı. “Qarabağ”ın da haqqını vermək lazımdır”.