Azərbaycan FutboluDünya Futbolu

“Qarabağ”ın “Kopenhagen”lə oyununun hakimləri

Bakı, 29 sentyabr, Tsport.az 

Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarkanın “Kopenhagen” klubu ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

Tsport.az xəbər verir ki, UEFA oktyabrın 1-də Bakıda təşkil olunacaq görüşü Niderlanddan olan hakimlər briqadasına həvalə edib:

1 oktyabr

“Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka)

Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:45

Baş hakim: Serdar Gözübüyük

Baş hakimin köməkçiləri: Ervin Zeinstra, Patrik İnia

Dördüncü hakim: Yannik Van Der Laan

VAR: Rob Dieperink

AVAR: Jeroen Manşot

(Hakimlər briqadası Niderlanddandır)