Azərbaycan Futbolu

“Qaradağ Lökbatan”ın baş məşqçisinə cəza verilib

Bakı, 10 mart, Tsport.az

Azərbaycan I Liqasında çıxış edən “Qaradağ Lökbatan”ın baş məşqçisi Amit Quluzadə üç oyunluq cəzalandırılıb.

Tsport.az xəbər verir ki, AFFA İntizam Komitəsinin qərarına əsasən, Quluzadə XVII turda “MOİK”-lə matçdan sonra hakimlərin qərarına etiraz edərək qırmızı vərəqə alıb və daha sonra hakimlərin otağına daxil olduğu üçün cəzalandırılıb. Klub isə 300 manat məbləğində cərimələnib.

Bundan əlavə, “İmişli”nin legioneri Gilyerme Silva “Mingəçevir”lə oyunda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alıb və dörd oyunluq diskvalifikasiya olunub. Klub bu qayda pozuntusuna görə 300 manat cərimə ödəyəcək.