FutzalMüsahibə

“Qarşıda bizi uğurlu nəticələr gözləyir”

Bakı, 6 sentyabr ,  Tsport.az 

UEFA Çempionlar Liqasının seçmə mərhələsində çıxış edən təmsilçimiz   “Araz-Naxçıvan” qrupdan naməğlub çıxmağı bacarıb.

Tsport.az xəbər verir ki , komandanın üzvü Emin Kürdov komandanın seçmə mərhələdəki çıxışı ilə bağlı fikirlərini bizimlə bölüşüb.

*– Turnirin əvvəlində bu cür nəticəni gözləyirdinizmi?*  

– Əslində, bəli. Turnirinı əvvəlindən bu nəticəni təxmin edirdik. Qrupda yer alan üç komanda arasında səviyyə demək olar ki, eyni idi. Sadəcə, müəyyən ajotaj yaranmışdı. Bunun əsas səbəbi Avstriyanın ev sahibi olması idi. Bu, müəyyən gərginlik yaradır. Amma ümumi olaraq komandaların səviyyəsi oxşar idi.

*– Oyunla bağlı nə deyə bilərsiniz?*  

– Onlar yaxşı oynadılar, azarkeşləri də möhtəşəm idi. Amma biz də geri qalmadıq. Oyun bitəndən sonra maraqlı bir an yaşandı – karyeram ərzində nadir hallarda belə hadisə olub. Məğlub olmağımıza baxmayaraq, azarkeşlər bizi dəstəklədilər, alqışladılar və müsbət qarşılandıq. “Çox sağ olun” deyərək təşəkkür etdilər. Hətta həmin anın videosu da var.

*– Bu komandalarla əvvəllər də qarşılaşmışdınız?*  

– Bəli, keçən il də bu komandaya qarşı oynamışdıq və o zaman 7:1 hesabı ilə qalib gəlmişdik. Bu dəfə isə 9:1 hesabı ilə qələbə qazandıq. Düşünürəm ki, meydan faktoru bu dəfə onları bir az üstün göstərirdi, amma nəticə göstərdi ki, biz daha hazırlıqlı idik.

Üçüncü oyunumuz daha möhtəşəm alındı. Demək olar ki, əvvəlki qarşılaşmalarda üz-üzə gəldiyimiz səviyyədə bir rəqiblə oynadıq və istədiyimiz nəticəni əldə etdik.

*– Artıq növbəti mərhələdə rəqiblər bəllidir. Nə düşünürsünüz?*  

– Bəli, artıq rəqiblər məlumdur. Rumıniya komandası ilə qarşılaşacağıq – onlarla əvvəllər də oynamışıq. Digər komandalar barədə isə hələ ətraflı məlumatımız yoxdur. Amma bu mərhələ, əsas raund, daha çətin olacaq. Biz bu oyunlara ciddi şəkildə hazırlaşacağıq.

– Məncə, mümkün olmayan heç nə yoxdur. Hər şey hazırlıqdan asılıdır. Əgər lazımi qədər çalışsaq, qarşıda bizi uğurlu nəticələr gözləyir.

Bahar Rüstəm