“Qızıl medal qazanacağıma inanıram”
Bakı, 4 oktyabr, Tsport.az
Bu sözləri Azərbaycanda təşkil olunan III MDB Oyunlarında ölkəmizi təmsil edən Xədicəxanım Talıbova deyib.
Tsport.az xəbər verir ki, sərbəst güləş üzrə bürünc medal qazanan təmsilçimiz fikirlərini bizimlə bölüşüb:
“Yarış çətin keçdi, səhvlərim oldu və qələbə qazana bilmədim. Amma gələn dəfə daha çox çalışaraq qızıl medal qazanacağıma inanıram.
Yarışa hazırlığımız çox yaxşı keçmişdi. Sağ olsun müəllimlərimiz, bizə daim dəstək oldular. Xüsusilə Həsrət müəllim hər zaman yanımızda oldu. İnşallah, gələn dəfə qızıl medal mənim olacaq”.
Bahar Rüstəm