“Qızıl top” sahibi La Liqaya qayıda bilər
Bakı, 21 aprel, Tsport.az
“Manchester City”-nin aparıcı yarımmüdafiəçisi Rodri Hernández gələcək karyerasını yenidən İspaniyada davam etdirə bilər.
Tsport.az xəbər verir ki, İspaniyalı ulduzla “Real Madrid” ciddi maraqlanır və məlumatlara görə, Madrid klubu yay transfer dönəmində Rodrini heyətinə qatmaq üçün rəsmi addımlar atmağa hazırlaşır.
28 yaşlı futbolçu 2024-cü ilin oktyabrında dünyanın ən prestijli fərdi mükafatı olan Ballon d’Orun sahibi olub. Lakin həmin mövsüm Rodri üçün çətin keçib – zədə səbəbilə o, demək olar ki, mövsümün böyük hissəsini buraxıb.
Madrid təmsilçisi onu orta sahədə dayaq qüvvəsi olaraq görür və uzunmüddətli planlarına daxil edib. Hazırda transferlə bağlı dəqiq razılıq olmasa da, yayı gözləyən gərgin bir transfer dövrü gözlənilir.