Dünya Futbolu

“Qızıl top”un qalibi Ousmane Dembélénin “PSG”-dən maaş tələbi

Bakı, 15 oktyabr, Tsport.az

“Qızıl top” mükafatının sahibi Ousmane Dembélé “PSG” klubundan maaşının artırılmasını tələb edib.

Tsport.az xəbər verir ki, fransalı futbolçu hazırda illik 18 milyon avro qazanır. Klub rəhbərliyi ilə yeni müqavilə şərtləri barədə danışıqlar artıq başlayıb.

Xatırladaq ki, Dembele 2023-cü ilin yayında “Barcelona”dan “PSG”-yə transfer olunub. O, ötən mövsüm Paris təmsilçisinin heyətində 53 oyuna 35 qol vuraraq möhtəşəm performans sərgiləyib.