Azərbaycan Futbolu

Qurban Qurbanov “Kəpəz”in müdafiəçisini bəyənib

Bakı, 13 oktyabr, Tsport.az

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın son turunda “Kəpəz”lə oyundan sonra rəqib komandanın futbolçusuna maraq göstərib.

Tsport.az xəbər verir ki, Qurbanov “Kəpəz”in 22 yaşlı mərkəz müdafiəçisi Jefferson Bentunun oyununu bəyənib və onun intizamı ilə fiziki hazırlığını yüksək qiymətləndirib.

Məlumata əsasən, “Qarabağ” yay transfer pəncərəsində gənc futbolçunun transferini nəzərdən keçirəcək.