Qurban Qurbanov: “Rəqib də çox iddialı, döyüşkən komandadır”
Bakı, 10 avqust, Tsport.az
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində təmsilçimiz “Qarabağ” sabah Şimali Makedoniya təmsilçisi “Şkiendiya“nı qəbul edəcək.
Tsport.az xəbər verir ki, oyundan əvvəl keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb:
“Yaxşı hazırlaşmışıq, futbolçularımızla da danışmışıq. İlk oyuna görə, hər iki komanda qalib gəlməyə layiqdir. Cüzi üstünlüyümüz var. Əlizimdən gələni edəcəyik”.
Qeyd edək cavab matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Bahar Rüstəm