Azərbaycan Futbolu

“Qurtuluş FK” üçüncü ildönümünü qeyd edir

Bakı, 22 avqust, Tsport.az 

Sumqayıtın gənc, amma iddialı klublarından biri olan “Qurtuluş” Futbol Klubu bu gün 3 yaşını tamamlayır.

Tsport.az xəbər verir ki, klubun tarixi 2022-ci ildə “Wild Ones” adı ilə başlayıb. Elə ilk mövsümdəcə mini-futbol çempionatında çempion olmaqla diqqətləri üzərinə çəkib. Ardınca ad dəyişikliyinə gedərək “Qurtuluş” brendi ilə fəaliyyətini davam etdirib və Sumqayıt Mini-Futbol Liqasında 1/4 final mərhələsinə qədər irəliləyib.Bu gün isə “Qurtuluş” yalnız bir komanda deyil, həm də müxtəlif istiqamətləri ilə tanınır. Futbol və mini-futbol komandaları ilə yanaşı, uşaqlar üçün fəaliyyət göstərən akademiya da klubun əsas dayaqlarından biridir.Üç il ərzində atılan addımlar “Qurtuluş FK”nı həm nəticələri, həm də gənclərə açdığı imkanlarla fərqləndirib. Klubun qarşıdakı məqsədi Sumqayıtı daha böyük turnirlərdə uğurla təmsil etmək və yeni nəsil futbolçular yetişdirməkdir.