DigərMüsahibə

“Qürur duyuram ki, öz torpağımda, öz vətənimdə qızıl medal qazandım”

Bakı, 4 oktyabr, Tsport.az

Bu sözləri Azərbaycanda təşkil olunan III MDB Oyunlarında ölkəmizi təmsil edən Nihad Abbasov deyib.

Tsport.az xəbər verir ki, qızıl medal qazanan təmsilçimiz qələbə sevincini bizimlə bölüşüb:
“Qürur duyuram ki, öz torpağımda, öz vətənimdə qızıl medal qazandım. Bu, mənim üçün böyük bir fəxrdir. Allaha şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı. Əziyyəti olan hər kəsə təşəkkür edirəm. İnşallah, daha yaxşı hazırlaşıb daha böyük arenalarda da uğur qazanaram.

Qələbəmi üzərimdə əziyyəti olan hər kəsə, xüsusilə də məşqçilərimə, atama, anama və qardaşlarıma həsr edirəm.

Gələn illə bağlı indidən danışmaq istəmirəm. Respublika səviyyəsində mübarizə aparacağam. İnşallah, Avropa və Dünya mükafatçısı olaram”.

Bahar Rüstəm