Qvardiola 30 illik evliliyinə son verir
Bakı, 4 avqust, Tsport.az
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola şəxsi həyatı ilə bağlı ciddi qərar verib.
Tsport.az xəbər verir ki, İtaliyanın “La Gazzetta dello Sport” nəşri Qvardiolanın həyat yoldaşı Kristina Serra ilə boşanmaq üzrə olduğunu yazıb.
Uzunmüddətli münasibət sona çatır:
- Cütlük 30 illik münasibətə son vermək qərarına gəlib.
- Onlar keçən ilin dekabrından boşanma barədə düşünürdülər, lakin münasibətlərə ikinci şans verməyə çalışıblar.
- Bu cəhdlər nəticəsiz qalıb və ayrılıq qaçılmaz olub.
Uzaq məsafə və soyuyan münasibətlər:
- Boşanmanın əsas səbəbi münasibətlərin soyuması göstərilir.
- Qvardiola Mançesterdə, Kristina Serra isə Barselona və Londonda yaşayırdı.
- Cütlük yalnız ailəvi tətillərdə və qısa görüşlərdə birlikdə vaxt keçirirdi.
- Məlumata görə, boşanma müqaviləsi yaxın həftələrdə tərəflər arasında imzalanacaq.