-->
Azərbaycan FutboluMüsahibə

“Qəbələ” kimi komandanın yeri aşağı liqa deyil” – Ruslan Voronsov

Bakı, 28 aprel, Tsport.az

Birinci Liqanın bitməsinə son 4 tur qalmış “Qəbələ” gələn mövsüm Misli Premyer Liqasında çıxışı təmin edib.

Tsport.az xəbər verir ki, bu barədə “Qəbələ” nin üzvü Ruslan Voronsov fikirlərini bölüşüb, suallarımızı cavablandırıb.

“Qəbələ” layiq olduğu yerə yenidən qayıtdı. Çətin oldu. Amma şükürlər olsun ki, bacardıq. “Qəbələ” kimi komandanın yeri aşağı liqa deyil. 4 tur qalmış çempionluğu elan etdik. Amma bu hər şeyin bitməsi deyil. Hələ bir-birindən daha çətin 4 oyunumuz var. Peşəkarcasına yanaşırıq. Hər oyun özü bir motivasiyadır. Bu mövsüm komandaya qoşulmuşam. Rəhbərlikdən tutmuş personallara inanırdı ki, biz çempion olacağıq. Birlik olan yerdə nəticə olur. Şükürlər olsun ki, çəkdiyimiz əziyyət yerdə qalmadı. Yeni mövsüm üçündə danışmaq tezdir. Əsas olan bu mövsümü zədəsiz başa vurmaqdır”.

Bahar Rüstəm