Azərbaycan Futbolu

” Rəqibin zəif və üstün cəhətlərini artıq təhlil etmişik” – Stas Pokatilov 

Bakı, 8 iyul , Tsport.az 

Bu sözləri UEFA Avropa liqasının II təsnifat mərhələsində “Sabah “

  – “Celje” matçından əvvəl keçirilən mətbuat konfransında “Sabah”ın üzvü Stas Pokatilov deyib.

Tsport.az xəbər verir ki , “Sabah”ın heyətində ilk Avropa liqası oyununa çıxan Pokatilov matç haqqında: 

“İlk növbədə Azərbaycanda futbol mövsümünün başlanması münasibətilə hər birinizi təbrik edirəm. Hamımız bu oyunu səbirsizliklə gözləyirik və ciddi şəkildə hazırlaşırıq. Rəqibimizin güclü komanda olduğunu bilirik, amma deyə bilərəm ki, bu qarşılaşmada şanslar 50/50-dir. Rəqibin zəif və üstün cəhətlərini artıq təhlil etmişik və əminliklə deyə bilərəm ki, biz bu oyuna tam hazırıq” – deyib

Bahar Rüstəm