Azərbaycan FutboluDünya Futbolu

Rəşad Sadıqov: “”Hajduk”la matçda qələbəyə yaxın olan biz idik”

Bakı, 23 iyul , Tsport.az

Zirə“nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “Hajduk” klubu ilə keçirilən ilk matçdan sonra mətbuat konfransında danışıb. Sadıqov komandasının qələbəyə daha yaxın olduğunu bildirib.

Tsport.az xəbər verir ki, o, güclü rəqibə qarşı mübarizə apardıqlarını qeyd edib: “Hər iki komanda meydanda istəkli idi. Maraqlı qarşılaşmaya şahidlik etdik. Birinci hissədə tərəflər bir-birindən səhv gözləyirdi. Bu səhvi rəqib etdi, biz də qol vurduq. İkinci qolu vurmaq üçün də fürsətlərimiz oldu, təəssüf ki, yararlana bilmədik. Düşünürəm ki, qələbəyə yaxın olan tərəf biz idik. Cavab qarşılaşması öncəsi bu hesab heç nəyi demir. Cütün taleyi Xorvatiyada həll olunacaq. Səfərdə qələbə qazanmaq istəyirik”.

Qeyd edək ki, 8-ci kilometr stadionunda baş tutan “Zirə” – “Hajduk” matçı 1:1 hesabı ilə heç-heçə başa çatıb. Komandalar arasında cavab görüşü iyulun 31-də Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.