Azərbaycan Futbolu

Rəşad Sadıqov: “Turan Tovuz”la oyunlar həmişə çətin olur”

Bakı, 4 mart, Tsport.az

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov, komandasının “Turan Tovuz”a qarşı qazandığı 2:0 hesablı qələbədən sonra mətbuat konfransında fikirlərini bölüşüb.

Tsport.az xəbər verir ki,Sadıqov qarşılaşmanın çətin keçdiyini vurğulayıb:

“İlk növbədə futbolçularıma yüksək performanslarına görə təşəkkür edirəm. “Turan Tovuz” çox güclü komandadır və onlara qarşı oynamaq həmişə çətin olur. Oyundan əvvəl rəqibi dərindən analiz etmişdik və bunun sayəsində vacib 3 xal qazandıq. Hazırda sıx qrafikdə oynayırıq və 4 gündən sonra “Səbail”lə qarşılaşacağıq.”

Xatırladaq ki, “Zirə” XXV turda “Turan Tovuz”u səfərdə 2:0 hesabı ilə məğlub edib.